Qazaxda “Sağlam Gələcək Naminə” atıcılıq turniri keçirildi — FOTOLAR

SOSİAL 10 oktyabr 2024, 20:10

10 Oktyabr 2024-cü il tarixdə Qazax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyi “Gənclik narkomaniyaya qarşı” adlı layihə çərçivəsində sağlam həyat tərzinin təbliği məqsədi ilə gənclər və yeniyetmələr arasında Atıcılıq üzrə Qazax rayon turniri keçirdi.

Turnirdə ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

"Gəncliyin Təşəbbüsü " Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor haqda iştirakçılara ətraflı məlumat verdi.

Daha sonra ardıcıllıqla cıxış edənlər Qazax Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Rüstəmov Ceyhun, Qazax - Tovuz Regional Gənclər və İdman İdarəsinin idman sektorunun baş məsləhətcisi İbrahimov Anar, Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional rəhbəri Elmar Rzalı , Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictamai birliyinin Qazax rayonu üzrə sədri Balayev Xasay və Qazax-Tovuz regional Təhsil idarəsinin əməkdaşı Orxan Əliyev turnir iştirakçılarına uğurlar arzuladılar və gəncləri pis vərdişlərdən uzaq olmağa, bədən tərbiyyəsi və idmanla məşqul olmağa cağırdılar. Layihənin rəhbəri Azər Əliyev turniri açıq elan etdi və iştirakçılar Dövlət himninini ifa etdilər.

Mütəxəsislər tərəfindən turnirin qaydaları izah olunduqdan sonra Atıcılıq yarışına start verildi . Turnirdə 25 komandanın 100-dan cox yeniyetmə və gənci qeydiyyatdan keçib.

Turnir gərgin idman mübarizəsi şəklində davam etmiş və iki (fərdi və komanda) kateqoriya üzrə qaliblər müəyyən olunub.

Kateqoriyalar üzrə fərqlənən gənclər və onların nəticələri aşağıdakı kimi olub:

Fərdi kateqoriya:

I yer – Əliyev Nurlan ( 26 xal)

II yer – Abdurahmanov Kənan ( 25.5 xal )

III yer – Əliyev Mədəd ( 25 xal )

III yer – Osmanova Səma ( 25 xal )

Komanda üzrə:

I yer – Daş Salahlı 2 saylı məktəb komandası ( 65 xal )

II yer – BDU-nin Qazax filialı ( 54 xal )

III yer – Aşağı Salahlı kənd komandası ( 47 xal )

Qaliblər medal və diplomlarla mükafatlandırılmışdırlar.

Turnirdə iştirak edən qonaqlar fərqlənən idmancıların mükafatlandırılmasında iştirak etdilər. Turnir sonunda iştırakcılar belə tədbirlərin tez tez kecirilməsinin vacibliyini vurğulayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2024, 08:52
11 oktyabr 2024, 08:33
Top