Gəncə Dövlət Filarmoniyasında Ramiz Mirişlinin 90 illiyi qeyd olunacaq

MƏDƏNİYYƏT 10 oktyabr 2024, 19:12

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 20 oktyabr saat 19:00-da görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert proqramı baş tutacaq. 

Demokrat.az xəbər verir ki, konsert proqramında filarmoniyanın solistlərinin ifasında bəstəkarın “Dalğalar”, “Vətənimsən”, “Bir xumar baxışla”, “Dedim tələsmə”, “Bir könül sındırmışam”, “İlk sevgi”, “Azərbaycan dünyam mənim” mahnıları səsləndiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2024, 11:29
Top