İstixana pomidorlarına vurulan dərman sonsuzluq yaradır?— RƏSMİ AÇIQLAMA

SOSİAL 10 oktyabr 2024, 12:49
Ölkə bazarlarında insanlara təklif edilən pomidorların insan səhhətinə zərərli olan dərmanlarla yetişdirildiyinə dair iddialar var. İddialara görə, istixanalarda yetişdirilən pomidorlara vaxtından tez qızarması üçün dərman vurulur. Bu dərman pomidoru 2-3 gün ərzində qızartsa da tərəvəzlər tam yetişmir. Həmçinin, bundan başqa pomidorun daha ətli olması üçün başqa dərman və xüsusi iynələrdən də istifadə olunur.

İddialar arasında vurulan dərmanların insanlarda sonsuzluq yaratması da yer alır.

Bəs bu deyilənlər nə qədər doğrudur?

Demokrat.az xəbər verir ki, mövzuya münasibət bildirən tibb sahəsi üzrə ekspert Adil Qeybulla Bizim.Media-ya deyib ki, meyvələrin vaxtından tez yetişdirilməsinin insan orqanizminə mənfi təsiri var:

“Bitkilərin fəslə uyğun olmayan şəkildə yetişdirilməsi üçün süni iqlim şəraiti lazımdır. Yəni lazımi temperatur, rütubət, qida maddələri və s. mütləqdir. Bundan başqa, parazitlərdən, müxtəlif zərərvericilərdən onları qorumaq üçün də dərmanlar vurulur. Əlbəttə, bu, situasiyanı dəyişir. Hər bir məhsul vaxtında yeyilməlidir. Biz uzun müddət buna alışmışıq. Amma bugünkü elmin inkişafı, yeni gəlişmələr istənilən meyvə-tərəvəzi vaxtından əvvəl yetişdirməyə imkan verir ki, yetişdirmə şərtləri də insan orqanizminə ziyansız şəkildə ötüşmür”.

O bildirib ki, dünyada artan insan sayı qida çatışmazlığı yaradır:

“Ona görə də alimlər daim yeni üsullar fikirləşirlər ki, insanlar ac qalmasınlar. Bu gün Afrikanın özündə, Asiyada xeyli sayda insan aclıqdan əziyyət çəkir. Ona görə də yeni-yeni üsullar, qidaların geninin dəyişdirilməsi yolu ilə onların kütləvi istehsalı həyatımızda yer almaqdadır. Əlbəttə ki, bu, insan orqanizminə təsirsiz ötüşmür. Paralel olaraq bu gəlişmələrin orqanizmə, canlı varlqlara təsiri ilə bağlı araşdırmalar gedir, mütəmadi olaraq nəticəsi ictimailəşdirilir, ortaya qoyulur. Bəzən reallıqlarla hesablaşmaq məcburiyyətində qalırıq”.

Bəs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istixanalarda bununla bağlı yoxlamalar aparırmı?

Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı daimi monitorinqlər aparılır:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top