Bakıda müğənni bıçaqlandı, polis təhqiqata başladı — YENİLƏNİB

KRİMİNAL 09 oktyabr 2024, 11:44
Bakıda müğənninin bıçaqlanması ilə bağlı təhqiqat aparılır.

Demokrat.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Onun sözlərinə görə, oktyabrın 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonunun 1-ci Mədən yaşayış massivi ərazisində 2002-ci il təvəllüdlü E.Ağaquliyevin aralarında yaranmış mübahisə zəminində 1985-ci il təvəllüdlü V.Namazova xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

"Hadisə ilə bağlı ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Hazırda araşdırma davam etdirilir", - deyə İ.Əmiraslanlı bildirib.

***
11:02

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu 1-ci mədən yaşayış massivi ərazisində 1985-ci il təvəllüdlü Vüqar Namazov bıçaqlanıb.

Bıçaq xəsarəti alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat edilib. Onun həyatını xilas etmək mümkün olub.

Bildirilib ki, özü də müğənni kimi fəaliyyət göstərən Vüqar Namazov ifaçı Ülviyyə Namazovanın qardaşıdır. Onlar adətən duetlər ifa edirlər.

V.Namazovu bıçaqlamaqda şübhəli bilinən şəxs isə onun qonşusudur. İlkin məlumata əsasən, hadisə tərəflər arasında yaranmış münaqişə zəminində baş verib.

Məlumata görə, münaqişə V.Namazovun avtomobildə musiqiyə yüksək səslə qulaq asmasına görə başlayıb.

Belə ki, qonşusu gecə saatlarında müğənnidən musiqinin səsini azaltmasını tələb edib. Nəticədə tərəflər arasında dava düşüb və Vüqara bıçaqla xəsarət yetirilib.

Xəstəxanaya yerləşdirilən müğənni qonşusundan şikayətçi olmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2024, 14:37
11 oktyabr 2024, 14:34
Top