“Ayanda İlhamə Quliyeva kimi təkəbbür yaranıb” — VİDEO

ŞOU-BİZNES 08 oktyabr 2024, 10:48

Müğənni Nadir Qafarzadə duet ortağı Ayan Babakişiyevanı sualı ilə tənqid edib.

Demokrat.az  OLAY-a istinadən xəbər verir ki,  Nadir “Xəbərin var?” maqazin verilişi vasitəsi ilə Ayana “Son zamanlar Ayan xanım özünü mərhum Xalq artisti İlhamə Quliyeva kimi aparır. Onda təkəbbür yaranıb. Təkəbbürlü danışmaqlar… Nə baş verir? Ayan xanım deyin bizdə bilək” sualını ünvanlayıb.

Qafarzadənin bu suallından əsəbiləşən Babakişiyevanın cavab reaksiya belə olub:

“Deyəsən hamı birləşib düşüblər üstümə (gülür). Nadir xasiyyətimə bələd insandır. O xasiyyətimi bilə-bilə bu sualı verməyinin heç yeri yoxdur. Nadir bilir ki, mən necə zarafatı sevən insanam. Hər bir zarafatda da bir həqiqət var”.

Daha sonra üz ifadəsini 180 dərəcə dəyişən Ayan Nadirə İlhamə Quliyevanın sağikən tez-tez istifadə etdiyi “Bacarmırsan, bacararsan...” sözlərini ünvanlayıb. 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top