2-ci Ordu Korpusunun komandiri dəyişdi, Mayis Bərxudarov sərəncama götürüldü — FOTO

HƏRBİ 06 oktyabr 2024, 15:12
Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi baş verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, general-mayor Vilayət Bərxuda oğlu Quliyev 2-ci Ordu Korpusuna komandir təyin olunub.

Qeyd edək ki, bu vəzifəni əvvəlcə general-leytenant Mayis Bərxudarov icra edirdi. O, hazırda sərəncama götürülüb.

Xatırladaq ki, Vilayət Quliyevin rəhbərlik etdiyi hərbi hissə 44 günlük Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.

Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top