"Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib

İDMAN 05 oktyabr 2024, 23:25
Azərbaycan Premyer Liqasının IX turunda baş tutan "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib.

Demokrat.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb.

"Sabah" komandasından 5-ci dəqiqədə Pavol Safranko fərqlənib. "Araz-Naxçıvan"ın qolunu isə 8-ci dəqiqədə Felipe Santos rəqib qapısından keçirib.
Bu nəticədən sonra "Sabah" xallarının sayını 15-ə, "Araz-Naxçıvan" isə 17-yə yüksəldib.

Qeyd edək ki, bu gün keçirilən digər görüşdə "Səbail" komandası "Şamaxı"nı məğlub edib - 2:0. Turun açılış matçında "Kəpəz" "Neftçi"ni 4:3 hesabı ilə məğlub edib. Sabah keçiriləcək "Turan-Tovuz" - "Zirə" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə IX tura yekun vurulacaq.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top