Naxçıvanda ilk “MEDİA könüllüləri” Proqramının iştirakçıları ilə görüş keçirilib

MEDİA 04 oktyabr 2024, 18:35
Oktyabrın 4-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Naxçıvanda fəaliyyətə başlayan ilk “MEDİA könüllüləri” Proqramının iştirakçıları ilə görüşüb.

Görüş zamanı Əhməd İsmayılov könüllülük fəaliyyətinin gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünyagörüşünün genişlənməsində rolunu vurğulayıb, Agentliyin fəaliyyət istiqamətləri və strateji hədəfləri barədə ətraflı məlumat verib, belə layihələrin gənclərin inkişafı üçün platforma olduğunu, onların gələcək əmək fəaliyyətinə uğurlu keçidinə fürsət yaradacağını ifadə edib. Ə. İsmayılov könüllülərə istiqamətlənmiş növbəti tədbirlər barədə fikirlərini bölüşüb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

.Daha sonra müxtəlif universitetlərdən könüllülük proqramına qoşulan gənclərin fikirləri dinlənilib, onlara maraqlı olan suallar cavablandırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top