Bakıda məktəb bağlandı — Şagirdlər təxliyə olundu

HADİSƏ 02 oktyabr 2024, 17:01
Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə tədris dayandırılıb və şagirdlər evə buraxılıblar. 

Demokrat.az Bakupost.az-a istinadla xəbər verir ki, buna səbəb məktəbdə yanğın təhlükəsinin yaranmasıdır.

Valideynlərə bununla bağlı xəbərdarlıq olunub. 

Qeyd olunur ki, şagirdlər məktəbin bufetində kiçik tüstülənmənin olduğunu görərək qorxuya düşüblər. Məktəb rəhbərliyi ehtiyat tədbiri kimi şagirdləri evə buraxıb. Hadisə yerinə FHN yanğınsöndürənləri cəlb olunub.

Məsələ araşdırılır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top