Ərdoğan Baydenin şam yeməyinə qatılmadan Türkiyəyə döndü — Bu səbəbdən

DÜNYA 27 sentyabr 2024, 14:33
Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenin şam yeməyinə qatılmadan Türkiyəyə qayıdıb.

Publika.az xəbər verir ki, Türkiyə mətbuatı bunun ABŞ-ın İsrailə dəstəyi ilə bağlı ola biləcəyini yazıb, amma Ankaradan hələlik iştirak etməmə səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

“Ərdoğan BMT-dəki çıxışlarında Bayden administrasiyasının İsrailə verdiyi dəstəyi vurğuladı və bəlkə də şam yeməyində iştirak etməmək buna cavabdır”, - deyə mənbə yazır.

Xatırladaq ki, Türkiyə prezidenti Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-a səfər etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top