Uşaq sığınacaqlarında qaynar xətt yaradılmalıdır — Sosioloq

SOSİAL 23 sentyabr 2024, 17:49
"Dövlət valideyn himayəsindən məhrum bir və ya hər iki valideynini itirmiş uşaqlarla bağlı qayğısını əsirgəmir"

Bu sözləri Demokrat.az-a uşaq evində döyüldüyünü iddia edən 13 yaşlı yeniyetmə ilə bağlı xəbərə reaksiya verən sosioloq Üzeyir Şəfiyev deyib. 

“ Dövlət onlar üçün sosial xidmət müəssisələri yaradır və bu və ya digər şəkildə sosial dəstək proqramları ilə həmin uşaqlar əhatə olunur. Ancaq hesab edirəm ki, təkcə bu hadisə  deyil, buna bənzər, hadisələr vaxtaşırı mətbuatda yayımlanır.  Bu isə o deməkdir ki, sosial xidmət müəssisələri ictimaiyyətə açıq olmalıdır. İctimaiyyətin nümayəndələri, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatı nümayəndələrindən ibarət neytral, yəni heç bir quruma tabe olmayan ictimai nəzarət mexanizmi olmalıdır və həmin ictimai nəzarət mexanizmi belə sosial xidmət müəssisələrində mütəmadi olaraq, müşahidələr həyata keçirə bilsinlər. Bəzi sosial xidmət müəssisələri əfsuslar olsun ki, qapalı xarakter daşıyır. Bunlar qapalı olmamalıdır. Bu müəssisələrdə mütəmadi maarifləndirici tədbirlər aparılmalıdır. Qaynar xətlər yaradılmalıdır. Uşaqlar üçün diskomfort vəziyyət yaradılarkən, uşaqlar həmin qaynar xətlər vasitəsilə çıxış əldə edə bilsinlər. Güman edirəm ki, baş verən hadisə ilə bağlı müvafiq qurumlar hərəkətə keçməlidir. Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan sosial xidmət müəssisələrinin olması uşaqlara dəstək baxımından faydalıdır və əhəmiyyətlidir" 

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top