Azyaşlılarla fərdi nəqliyyat vasitəsi ilə yola çıxarkən bu qaydalara riayət olunmalıdır — AÇIQLAMA

SOSİAL 23 sentyabr 2024, 13:48
Azyaşlılar, xüsusilə də körpələrlə avtomobildə gedərkən təhlükəsizlik qaydalarına əməl etmək çox vacibdir. Hərəkətdə olan nəqliyyat vasitəsində uşaqları avtokresloda əyləşdirmək təhlükəsizlik baxımından zəruridir. Çoxları isə buna əhəmiyyət vermir.

Məsələyə münasibət bildirən nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, valideynlər bu məsələdə məsuliyyətli olmalıdırlar:

“Övladının sağlamlığını və təhlükəsizliyini düşünən valideynlər avtomobil idarə edərkən və ya harasa gedərkən bəzi təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Bu qaydalara riayət olunarsa, avtomobili idarə etmək də bir o qədər təhlükəsiz olar. Valideynlər övladlarının həyat və sağlamlığına biganə yanaşmamalıdırlar. Azyaşlıları avtomobildə qabaq oturacaqda, avtokreslosuz əyləşdirmək təhlükəlidir. Uşaq yıxıla, qəza baş verərsə, ağır xəsarət ala bilər. Bəzən görürük ki, nəqliyyat vasitəsini idarə etmək üçün qanunla müəyyənləşdirilmiş yad həddinə çatmayan uşaqlar, yeniyetmələr sükan arxasında otururlar.

Valideynlər belə hallara qətiyyən icazə verməməlidirlər. Uşaqların nəqliyyat vasitəsini idarə etməsi yolverilməzdir. Bu həm onların, həm də digər hərəkət iştirakçılarının həhat və sağlamlığı üçün ciddi təhlükə yarada bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top