Bakı-Sumqayıt qatarlarında qiymətlər artırılır — YENİ TARİFLƏR

SOSİAL 23 sentyabr 2024, 17:12
Abşeron dairəvi dəmiryolu xətti üzrə hərəkət edən qatarlarda gediş haqqı tarifləri dəyişir.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yollarının Sərnişin Daşıma departamentinin rəhbəri Azər Fərəcov deyib.

Onun sözlərinə görə, bu ilin 25 sentyabr tarixindən Abşeron Dairəvi Dəmir Yolu üzrə ən minimal tarif 0,4 manat, istiqamətlər üzrə isə 0,1-0,2 manat artacaq.

Qeyd edək ki, bundan əvvəl ictimai nəqliyyatda, o cümlədən metroda gediş haqqı 40 qəpikdən 50 qəpiyə qədər artırılıb. Hazırda Bakı-Sumqayıt qatarları üzrə gediş haqqı üzrə maksimal tarif 1 manat təşkil edir. Bu istiqamət üzrə günlük sərnişin daşıma isə ən yüksək həddə çatıb. ADY bir neçə gün əvvəl günlük sərnişindaşımaların 37 min nəfəri ötdüyünü açıqlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top