Tural İsmayılov: “Dövlət Suverinliyinin təsis edilməsi həm dosta, həm də düşmənə bir mesajdır”:

GÜNDƏM 20 sentyabr 2024, 19:44
Azərbaycanın Dövlət Suverenliyi Günü yeni tarixi günlərdən biridir. Bundan sonra hər il Azərbaycan xalqı 20 sentyabrda Dövlət Suverenliyi Gününü qeyd edəcək. Dövlət başçımız İlham Əliyevin Qarabağda Dövlət Suverenliyi Günün təsis edilməsi haqqında  sərəncam imzalanması kifayət qədər böyük tarixi əhəmiyyət malikdir. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, bu gün Azərbaycan tam şəkildə öz torpaqlarını işğaldan azad edib:

“Azərbaycan işğaldan azad etdiyi bu torpaqlarda həyatı dirçəltməyə davam edir. Artıq Xankəndi şəhərində Qarabağ universiteti fəaliyyətə başlayıb. Bütün bu kontekstə tarixi günlər bir-birinə qarışıb. Xüsusilə Dövlət Suverinliyinin təsis edilməsi  həm dosta, həm də düşmənə bir mesajdır. Dostlarımız Azərbaycanın  bütün ərazilərində hüquqlarının bərpa edilməsinə sevinir. Düşmənlərimizə isə bu bir mesajdır ki, bir də heç vaxt Azərbaycan ərazilərində heç bir separatçılıq meyarları olmayacaq”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top