İranın İrəvanda ticarət mərkəzi açmaq planı nəyə hesablanıb? — ŞƏRH

SİYASƏT 19 sentyabr 2024, 17:38
“İran Ermənistanla iqtisadi-ticarət əlaqələrini genişləndirməklə perspektivdə bu ölkənin Rusiyadan asılılığını azaldıb onu özünə cəlb etməyi planlaşdırır. Çünki perspektivdə Ermənistan daha çox Türkiyə və Azərbaycanla iqtisadi əlaqələr saxlayacaq. İran bəri başdan Ermənistan bazarında özünə yer etmək üçün belə bir ticarət mərkəzi açır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib. 

S.Soltan İranın İrəvanda ticarət mərkəzi açmasına münasibət bildirirək qeyd edib ki, İran daim Ermənistanı gündəlik tələbat malları, tikinti malları və digər məhsullarla təmin edib:

“İran müharibə dövründə də Ermənistana müxtəlif məhsullarla yardım göstərib. İrəvanda böyük ticarət mərkəzinin açılmasını İranla Ermənistan arasında əməkdaşlığın, iqtisadi əlaqələrin simvolu da saymaq olar”.

Qeyd edək ki, oktyabrın 1-də İran dövləti İrəvanda ticarət mərkəzi açacaq. Bu, İranın xaricdə ilk və ən böyük daimi ticarət mərkəzi olacaq.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top