Autizm spektrli uşaqları birdən-birə konsertə aparmaq olmaz, əks halda… — XƏBƏRDARLIQ

GÜNDƏM 16 sentyabr 2024, 19:38
Autizm spektr pozuntusundan əziyyət çəkən uşaqların özlərinə xas bir dünyası olur. Bu uşaqlar insanlarla kontakta girə bilmirlər. Ona görə yox ki, istəmirlər və ya bunu bacarmırlar. Sadəcə olaraq onlar toxunulmağı, səs-küyü sevmirlər. 

Bu sözləri Demokrat.az-a açıqlamasında loqoped, kəkələmə üzrə mütəxəssis “Sanora Psixoloji Nitq İnkişaf Mərkəzi”nin rəhbəri Xəyalə Xəlilova  deyib. 

O bildirib ki,  autizmli uşaqlar əgər yüksək səs eşidirlərsə, qulaqlarını iki əlləri ilə qapayır və steriotipləri başlayır:

“Autizmli uşaqlar bir az daha ağırlaşırsa, bu uşaqlarda artıq bir anda krizlər başlayır. Necə ki, konsertə gedənautizmli uşaq birdən-birə səs-küylü mühitə düşüb, ilk öncə qulaqlarını qapayıb, daha sonra steriotipləri başlayıb və ondan sonra isə krizə girib. Çünki onlar səsi qəbul edə, gur işıqları, yanıb-sönən işıqları qəbul edə bilmir. Ümumiyyətlə, biz bu tipli uşaqlara cəmiyyəti qazandırmaq istəyiriksə, ilk öncə uşaqla mütəxəssis fərdi olaraq işləməlidir, sonra isə o hissə-hissə qruplarda olmalıdır. Daha sonra isə baxçada, xüsusi məktəblərdə olmalıdır. Amma  uşağı birdən-birə konsertə, səs-küylü yerlərə aparmaq bu uşağa zərər verəcək. Təkcə uşağa yox, onun valideyninə də ətrafdakı insanlara da xoş olmayacaq. Ən əsası da uşaq kriz zamanı daha gec sakitləşə bilər .

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top