"Qarabağ" "Səbail" üzərində qələbə qazandı

İDMAN 14 sentyabr 2024, 22:00
Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ" qələbə qazanıb.

Demokrat.az xəbər verir ki, "Azərsun Arena"da "Səbail"ı qəbul edən Ağdam təmsilçisi 2:1 hesablı qalibiyyətə sevinib.

"Köhlən atlar"ın heyətində 5-ci və 55-ci dəqiqələrdə fərqlənən Leandro Andrade dubl müəllifi olub. Paytaxt təmsilçisinin yeganə qoluna isə 58-ci dəqiqədə Fərid Nəbiyev imza atıb.

Qeyd edək ki, açılış matçında "Araz-Naxçıvan" "doğma divarlar" arasında "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib. Turun ikinci görüşündə isə "Şamaxı" "Sumqayıt"a minimal hesabla qalib gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 15:59
Top