İSTAD üzvləri İkinci Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər — FOTOLAR

GÜNDƏM 14 sentyabr 2024, 18:28
Artıq bir neçə gündür Türkiyədən ölkəmizə səfər etmiş İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri İkinci Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Demokrat.az
xəbər verir ki, qonaqlar millət vəkili, tanınmış ictimai-siyasi xadim, Türk Dünyasının tanınmış simalarından biri Qənirə Paşayevanın, milli qəhrəmanlar Mübariz İbrahimovun, Murad Mirzəyevin, 44 günlük Vətən müharibəsində və "Antiterror əməliyyatı" nda həlak olmuş şəhidlərimizin məzarlarnı, o cümlədən general Polad Həşimovun abidəsini ziyarət ediblər.

Daha sonra Şəhidlər Xiyabanında İkinci Qarabağ savaşında şəhid olmuş Rəşad Zeynallıya həsr olunmuş film nümayiş etdirilmiş və konfrans keçirilmişdir. Konfransda şəhid ailələri iştirak ediblər. Konfransı giriş sözü ilə ilahiyyatçı Ağa Hacıbəyli açıb.. Konfransda şəhid atası Qiyas Zeynalov, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin rəhbəri Səfər Karakoyunlu, Qadın Qolları başkanı Nəbahət xanım çıxış edərək Türkiyə-Azərbaycan dostluğundan danışıblar. Qonaqlar 44 günlük savaşda həlak olmuş şəhidlərımizi Qafqaz İslam Ordusunun vaxtilə həyata keçirdiyi missiyanın, Bakının erməni işğalçılarından azad olunmasının davamçıları olaraq gördüklərini, onların göstərdikləri misilsiz qəhrəmanlıqları qeyd ediblər.

İSTAD-in rəhbəri Səfər Karakoyunlu şəhid atası Qiyas Zeynalova Türkiyə-Azərbaycan dostluğunu əks etdirən xatirə hədiyyəsi təqdim edib.




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 15:59
Top