Uşaqların sayının azalması uşaq pulunun verilməməsi ilə bağlıdır — AÇIQLAMA

GÜNDƏM 14 sentyabr 2024, 17:10
Azərbaycanda uşaq pulunun verilməməsi olduqca pis haldır.  Birmənalı olaraq uşaq pulunun verilməsinin tərəfdarıyam.  

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Mail Yaqub deyib. O bildirib ki,  uşaq pulu birdəfəlik yox, aybaay verilməlidir:

“Uşaq pulunun verilməsində dövlətin xüsusi tədbiri ola bilər. Məsələn, uşaq puluna maddi ehtiyacı olmayan ailələri müəyyənləşdirmək olar.  Amma bu prosesi düzgün formada həyata keçirmək lazımdır. Məsələn kiminsə adına maşın varsa, ona uşaq pulu düşmür. Bu düzgün deyil.  Yəni, istisna hallar ola bilər ki, əhalinin məsələn 3%-i yüksək maddi rifaha sahibdirlər deyə onlara uşaq pulu  təyin olunmasına ehtiyac yoxdur. Bunu da dövlət müəyyən formada aydınlaşdıra bilər.  Digər bir məsələ isə Azərbaycanda uşaq doğumunda azalma müşahidə edilir. Bunun əsas səbəbindən biri uşaq pulunun verilməməsi ola bilər. Çünki bu sosial problemdir. Ailələrin yaşayış şəraiti yaxşı olmadığı və kasıb olduqları üçün maddi rifah yaxşı deyil deyə, uşaq doğumu azalır. Başqa bir səbəb isə ondan ibarətdir ki, zaman müasirləşdikcə bəzi ailələr çoxuşaqlı olmağa meyil etmirlər. Ötən ilin 60-cı illərinin statistikası ilə hazırkı statistika  arasında yerlə göy qədər fərq var. Həmin dönəmdə qadın başına uşaq doğumu 6-7 uşaq idi. İndi isə 1-2 uşaq arasıdır. Heç 2 uşağa da çatmır. Bu çox ciddi tendensiyadır. Burada sosial problemlərdən əlavə insanların mədəni baxışının təsiri var. Əgər sırf sosial problem olsa idi o zaman varlı ailələrdə uşaq doğumu daha çox olardı. Düşünürəm ki, bu sahədə ciddi şəkildə maariflənmə işləri aparılmalıdır. Azərbaycanda mənasız və səviyyəsiz seriallar çəkilmək əvəzinə, ciddi məsələləri təbliğ edən seriallar çəkilməlidir. Azərbaycanda bir müddət sonra demoqrafik problem yaşanacaq. Hətta bu proses başlayıb demək olar”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 15:59
Top