Türkiyə ordusu İraqın şimalında 19 terrorçunu məhv etdi

REGİON 13 sentyabr 2024, 19:53
Türkiyə Silahlı Qüvvələri 7, 8 və 9 sentyabr 2024-cü il tarixlərində İraqın şimalında həyata keçirilən hava əməliyyatlarında 19 terrorçunu zərərsizləşdirib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Ordumuz 7, 8 və 9 sentyabr 2024-cü il tarixlərində İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində 10-u Qara, 6-sı Hakurk, 3-ü Qəndil olmaqla, ümumilikdə 19 terrorçunu zərərsizləşdirib. Biz terrorizmi kökündən həll etmək üçün, sürətli və davamlı əməliyyatlara davam edəcəyik”, - deyə nazirlikdən verilən açıqlamada qeyd edilib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top