Müğənni Kərim Abasov toyların birində fonoqram oxuduğu üçün döyülüb.
OLAY yazır ki, sənətçi başına gələn xoşagəlməz hadisəni ilk dəfə şərh edib.
Abasov, instaqram səhifəsində məclislərin birində canlı ifa etdiyi videonu paylaşaraq bu sözləri yazıb:
"Mənim üçün üzülən dostlarım və sevənlərim. Hər qaranlıq gecənin bir sabahı var…Azərbaycan polisinə inanıb və güvənirəm. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq".
Qeyd edək ki, DİN-in Mətbuat Xidməti məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.