Çinin Ukrayna müharibəsi ilə bağlı mövqeyi dəyişir? — AÇIQLAMA

DÜNYA 11 sentyabr 2024, 19:36
“Çin Ukraynada davam edən müharibə ilə bağlı mövqeyini dəyişməyi planlaşdırmır və dünyanı sülh planın mümkünlüyünə inandırmağa davam edəcək”.

Demokrat.az xəbər verir ki, bunu  Çinin xarici işlər naziri Van Yi Sankt-Peterburqda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib.

O bildirib ki, Çin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün öz baxışını təbliğ etməyə davam edəcək və dünyanın əksər ölkələrini münaqişənin siyasi həlli ilə bağlı təklifini dəstəkləməyə inandırmağa çalışacaq: 

“Çin beynəlxalq konsensusa nail olmaq və hərbi əməliyyatların sürətlə dayandırılması üçün lazımi şərait yaratmaq üçün beynəlxalq ictimaiyyət arasında Ukrayna böhranı ilə bağlı balanslaşdırılmış, obyektiv və rasional nöqteyi-nəzərdən formalaşdırmaq üzərində işləməyə davam edəcək”, - deyə o bildirib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top