Harris-Tramp debatı: Donald mikrofonun söndürülməsini tələb etdi

DÜNYA 11 sentyabr 2024, 10:10
Xəbər verdiyimiz kimi, Filadelfiyada ABŞ prezidentliyinə iki namizəd Kamala Harris və Donald Trampın seçkiqabağı debatları olub.

Demokrat.az xəbər verir ki, Harris və Tramp əl sıxaraq suallara cavab verməyə başlayıblar.

Debatın reqlamentində namizədlərin tamaşaçıların olmadığı şəraitdə çıxış etməsi nəzərdə tutulub. Tramp və Harrisə əvvəlcədən hazırlanmış vərəqlərdən istifadə etmək və öz komandalarının üzvləri ilə ünsiyyət qurmaq qadağandır. Qaydalara əsasən, hər bir namizədin cavab müddəti iki dəqiqə ilə məhdudlaşdırılır və rəqibin çıxışı zamanı mikrofon söndürülür.

Mikrofonların səssizləşdirilməsi təşəbbüsü Donald Trampın kampaniyasına məxsusdur. Kamala Harrisin etirazına baxmayaraq, qayda təsdiqlənib.

Bu, Donald Trampın demokrat rəqibi ilə ikinci debatıdır. İyunun 27-də o, ikinci müddətə yenidən seçilməyi planlaşdıran ABŞ-ın hazırkı prezidenti Co Baydenlə görüşüb. Bununla belə, debatdan bir ay keçməmiş Bayden seçki yarışından imtina edib və hazırkı vitse-prezident Kamala Harrisi Demokratların namizədi kimi təklif edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top