Bağ mövsümü bitir — Qiymətlər ucuzlaşacaq?

GÜNDƏM 10 sentyabr 2024, 18:59
Son bir neçə ildir ki, Bakıda daşınmaz əmlakın qiyməti artmağa davam edir. Həm binalardakı mənzillərin, həm həyət evlərinin, həm də bağ evlərinin qiymətində kəskin artım müşahidə olunur. Kirayə qiymətlərində də ötən illərlə müqayisədə xeyli artım var. Mərkəzə yaxınlaşdıqca bahalaşma daha çox gözə çarpır. Sentyabr ayının gəlişi ilə artıq yay fəsli bitmək üzrədir, demək məzuniyyət də sona çatıb. Mövsüm dəyişikliyi bağ evlərinin qiymətinə də təsir edəcəkmi?

İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:



“Bağ mövsümü yekunlaşır. Bundan sonra bağ evlərinə tələb aşağı düşəcək. Bu, daşınmaz əmlakın qiymətinə də təsir edəcək. Belə ki kirayə, icarə qiymətləri ucuzlaşacaq, amma evlərin satış qiymətinə bunun təsir edəcəyini düşünmürəm. Ola bilər ki, kimsə bağ evini, torpağını təcili satır, mövcud bazar qiymətlərindən aşağı qiymətə təklif edə bilər. Amma əmlak bazarının tələblərinə və son illərdə gedən proseslərə nəzər salsaq, deyə bilərik ki, bağ evlərinin satış qiymətində ucuzlaşma olmayacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top