Əmək haqqı və təqaüdlər bu qədər arta bilər — AÇIQLAMA

GÜNDƏM 10 sentyabr 2024, 16:40
Azərbaycanda minimum əmək haqqı və təqaüdlərlə bağlı qərarlar çox zaman ilin əvvəli verilir. İndi də yeni parlament formalaşdıqdan sonra ilk baxılacaq işlərdən biri dekabr ayının əvvəlində yeni büdcənin qəbulu olacaq.  

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, yeni büdcə zərfində həm maaşlarla, həm də təqaüdlərlə bağlı nəzərdə tutulmuş maliyyə ayırmaları olacaq:



“Bu gözlənilir. Amma noyabra qədər, yəni ilin sonuna qədər  belə bir qərarın verilməsi çox aşağıdır. Çox güman ki, minimum əmək haqqı və təqaüdlərdə artım 10% civarında olacaq. Belə bir gözlənti var. Bu yanvar ayından etibarən özünü doğrulda bilər. Amma yanvar ayına qədər hansısa artımın olacağını düşünmürəm”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2024, 11:20
09 oktyabr 2024, 10:55
Top