Bakının Yasamal rayonu ərazisində yerləşən “İnci” tədris mərkəzinin karate müəllimi Tərlan Cavadovun həbsinin detalları üzə çıxıb.
Dmokrat.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, tanınmış idman ustası mərkəzdə idman dərslərində iştirak edən 15-16 yaşlı 3 qızın valideynlərinin şikayəti əsasında həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 153-cü (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi açılıb.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Tərlan Kamalpaşa oğlu Cavadov karate dərsi keçdiyi 3 yeniyetmə qızı (2008, 2009, 2009-cu il təvəllüdlü) pornoqrafik məzmunlu videoya baxmağa məcbur edib. Hadisə mərkəzin idman zalında baş verib. Daha sonra qızlar baş verənlər barədə yaxınlarına bildiriblər və polisə müraciət edilib.
Xatırladaq ki, ötən gün T.Cavadova Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə ittiham irəli sürülməsi barədə məlumatlar yayılmışdı. Lakin bu, təsdiqini tapmayıb.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.