Qəzzada ölənlərin sayı 41 minə çatdı

DÜNYA 07 sentyabr 2024, 18:25
İsrailin Qəzza zolağına son 48 saatda təşkil etdiyi sıx hücumlarda  həyatını itirənlərin sayı ən az 40 min 939-a çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 48 saatda Qəzza zolağına edilən 4 hücumda 61 fələstinlinin həyatını itirdiyi, 162 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edək ki, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 40 min 939-a, yaralıların sayının isə 94 min 616-ya yüksəldiyi vurğulanıb.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top