Dünya Özəl

Qəzzada ölənlərin sayı 41 minə çatdı

Qəzzada ölənlərin sayı 41 minə çatdı

İsrailin Qəzza zolağına son 48 saatda təşkil etdiyi sıx hücumlarda həyatını itirənlərin sayı ən az 40 min 939-a çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 48 saatda Qəzza zolağına edilən 4 hücumda 61 fələstinlinin həyatını itirdiyi, 162 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edək ki, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 40 min 939-a, yaralıların sayının isə 94 min 616-ya yüksəldiyi vurğulanıb.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova