Maaş və pensiya artımı ilə bağlı şad xəbər

İQTİSADİYYAT 07 sentyabr 2024, 12:29
İlin sonuna 3 aydan bir qədər artıq vaxt qaldığı üçün pensiya və maaşların artması məsələsi yenidən gündəmə gəlib. Vətəndaşlar artımların ilin sonunda baş verəcəyinə ümid edirlər.

Demokrat.az xəbər verir ki, iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov Globalinfo.az-a açıqlamasında cari ilin sonuna yaxın maaş və pensiyaların artımı ilə bağlı müvafiq qərarların gözlənildiyini deyib.

"Məlumdur ki, əməkhaqqı fondunun artımına, bu fonddakı dəyişikliklərə stimul verən əsas istiqamətlərdən biri də minimum əməkhaqqının artması ilə bağlıdır. Həmin seqment üzrə qərarlar isə prezidentin sərəncamı əsasında qəbul olunur. Minimum əməkhaqqının artımı, şübhəsiz ki, bütövlükdə ölkə üzrə əməkhaqlarına təsirlərini göstərir".

İqtisadçının fikrincə, ilin sonunda minimum əməkhaqqı 400 manat ola bilər:
Ətraflı
Ad - 00:17

"Pensiya artımı ilə bağlı prosedur isə ondan ibarətdir ki, il ərzində rəsmi statistik məlumatlara görə, inflyasiyanın göstəricilərinə uyğun hər il pensiyalarda indeksləşmə həyata keçilir. Ona görə düşünürəm ki, pensiya artımını gələn ilin əvvəllərində görmək mümkün olacaq. O artımlar isə bu ilin inflyasiya göstəricilərinə uyğun həyata keçiriləcək".

Elşad Məmmədov deyib ki, ölkədə son illər sosial artımlar edilir:

"Sosial müdafiə sistemindəki şəffaflığın, effektiv idarəetmənin tətbiqi nəticəsində bu istiqamətlər üzrə mütərəqqi yanaşmalar qeydə alınır. Bunlara əsaslanaraq, ilin sonunda müvafiq artımları gözləmək olar. Sözsüz ki, bu həm əhalinin sosial rifahının möhkəmlənməsinə, həm də iqtisadiyyatın müvafiq təkan almasına xidmət edir. Çünki sosial sahədəki artımlar əhalinin alıcılıq qabiliyyətinin qorunmasına, inkişaf etdirilməsinə xidmət edir ki, bu da öz növbəsində iqtisadiyyata təkan verir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top