Paşinyan Putinin toplantısına gedir

DÜNYA 06 sentyabr 2024, 16:54
Ermənistan baş nazir Nikol Paşinyan səviyyəsində BRİKS sammitində iştirak edəcək. 

Demokrat.az xəbər verir ki, bu barədə hakim “Mülki müqavilə” fraksiyasının deputatı, parlamentin  Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarkis Xandanyan bildirib. 

Sammit oktyabrın 22-24-də Kazanda baş tutacaq. BRİKS sammitinə Rusiya prezidenti Vladimir Putin sədrlik edəcək.  

Bir neçə gün əvvəl Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Ermənistanın sammitdə iştirak edəcəyini bildirsə də, Ermənistan tərəfinin hansı səviyyədə iştirak edəcəyini dəqiqləşdirməmişdi. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
Top