Ermənistanda "Rus dili" əsas fənlər siyahısından çıxarıldı

REGİON 06 sentyabr 2024, 10:54
Ermənistanda yeni tədris ilindən etibarən “Rus dili” orta məktəblərdə tədrisi vacib olan baza dilləri siyahısından çıxarılaraq, xarici dil statusuna keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu dəyişiklik tətbiq olunan yeni təhsil standartlarına uyğun olaraq aparılacaq.

Artıq orta ümumtəhsil müəssisələrində rus dilinin tədris saatları azaldılıb. Belə ki, 4-9-cu siniflərdə bu dil həftədə üç, yuxarı siniflərdə isə iki dəfə tədris olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top