“Yelo Bank”da əmanət yerləşdir, daha yaşıl Bakı üçün addım at

MALİYYƏ 04 sentyabr 2024, 15:50
“Yelo Bank”ın yeni əmanət aksiyası həm müştərilərə qazandırır, həm də təbiətə! 4 sentyabr - 31 oktyabr tarixləri ərzində Yelo Bank-da əmanət yerləşdirməklə 11%-dək parlaq gəlir qazana, həm də gözəl Bakımızın yaşıla bürünməsinə öz töhfəni verə bilərsən. Bu xoşməramlı aksiyaya qatılmaq üçün istər filialda, istərsə də onlayn qaydada 5000 AZN (ekv.)-dən yuxarı əmanət yerləşdirmək və aksiya müddəti boyunca aktiv saxlamaq kifayətdir. Bu təşəbbüsə qoşulan əmanətçilərə Yelo App vasitəsilə onlayn ekosertifikat göndəriləcək. Aksiyanın bitdikdən sonra Bankın əməkdaşlarının iştirakı ilə keçiriləcək tədbirdə ekosertifikat almış müştərilərin adına ağac əkiləcək. Qeyd edək ki, Yelo Bank-da açılan 100 000 manatadək əmanət məbləği Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.

Bankın bu aksiyanı həyata keçirməkdə əsas məqsədi Yaşıl Dünya Naminə Həmrəylik ilinə və tezliklə baş tutacaq COP29 tədbirinə dəstək olmaq və ətraf mühiti qorumaqdır. Əgər bu təşəbbüsdə sənin də bir payın olsun istəyirsənsə, Yelo Bank-da əmanət yerləşdir: https://bit.ly/3AZlic7

Bank xidmətləri (https://www.yelo.az/az/individuals/deposits/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

“Yelo Bank” – Parlaq bankçılıq!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top