“2027-ci ildə Ukraynada öldürülüb”, süni intellekt…— "Terminator" filmindəki qəribə mesajlar (FOTOLAR)

DÜNYA 03 sentyabr 2024, 23:04

Sosial şəbəkələrdə Ceyms Kemeronun rejissoru olduğu məhşur “Terminator” film seriyası ilə bağlı çox qəribə faktlar yerləşdirilib.

İlk dəfə lentə alınan və baş rolda Arnold Şvartseneqqerin oynadığı “Terminator” bədii filmində dindirilmə zamanı gələcək dünyadan gələn əsgər Kayl Rizə belə bir sual verilir: “Nə vaxt xidmət etmisiniz?”, o isə bu suala “2021-dən 2027-yə qədər” cavabını verir. Hətta qəribə səslənsə belə bir neçə dəfə verilmiş eyni sualdan sonra ona tərcüməçi vasitəsilə yenə də həmin sualı verəndə Kayl Riz 2021-ci il əvəzinə “2022-dən 2027-yə kimi” söyləyir.

Qeyd edildiyi kimi digər maraqlı məqam isə tamaşaçılara “Terminator”-un birinci şəxsin simasında ilk görünüşü səhnəsidir. Bu kadrda kiber döyüş maşınınının, yəni Arnold Şvartseneqqerin göstərildiyi vaxt həm də ekranda Apple II kompüteri üçün montaj kodu sətirləri üzə çıxır.

Beşinci belə epizodda Terminator “Killed in UKR 11.11.24” (Ukraynada 11 noyabr 2024-cü ildə öldürülüb) qeyd edilmiş bir adamı görür.

İkinci filmdə də qəribə mesajlar yer alıb. Belə ki, “Cyberdyne Systems” şirkətinin işçisi üzərində imperiya gerbi təsviri olan köynək geyinib, köynəkdə isə “Rus azad olanda  qaz 3 qəpik idi” yazısı görünür və ən maraq doğuran detal isə ssenaridə olduğu kimi bu obrazın gənc mütəxəssis Nik Durov adlanmasıdır.

Eyni hissədə dünyanı xilas etmək naminə göndərilən T-800 Terminator əsgər nüvə müharibəsinin başlanacağı barədə xəbər verir. Skynet nüvə arsenallarının idarəsi haqqında danışır və terminatorların çox tezliklə insanları əvəz edəcəyini söyləyir. Daha sonra isə o “Rusiyaya raket zərbəsi endirdilər” deyə xəbərdarlıq edir. Bütün bunları heyrətlə dinləyən, xilaskar olmaq üçün əlindən gələni etməyə çalışan gənc Con Konnorun “Niyə Rusiyaya? Axı onlar indi bizim müttəfiqimiz deyil?” sualına isə Terminator belə cavab verir: “Çünki onlar mütləq cavab verəcəklər”.

İnternet və bəzi sosial şəbəkələr vasitəsi ilə “Terminator” seriya filmindən nümunə olaraq təqdim edilən mesaj səhnələrini, video görüntüləri və fotoları araşdıranlar son detaldan da söz açıblar. Sözügedən bu səhnədə Arnold Şvartseneqqeri, onun himayə etdiyi adamları təqib edən, həm də müasir robot olan qatil qəhrəmanları qovmaq üçün “Freightliner” markalı yük maşınından istifadə edir və bu səhnədə açıq-aşydın sezilir ki, yük avtomobilinin rəngi Rusiya bayrağının rəngidir.

 


(Azpost.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top