Rusiya və Ukrayna arasında əsir mübadiləsi oldu

DÜNYA 14 sentyabr 2024, 17:24
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, mübadilə çərçivəsində 103 hərbçi ölkəyə qaytarılıb.

"Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 103 hərbçisi təhvil verilib", - məlumatda qeyd edilib.

Bildirilir ki, geri qaytarılan Rusiya hərbçiləri hazırda Belarus ərazisindədir.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top