Ermənistan hökuməti Hindistan istehsalı olan raketlərin, o cümlədən uzaqmənzilli “Astra” raketlərinin alınması, eləcə də “Su-30” qırıcılarının təkmilləşdirilməsi ilə bağlı bu ölkəyə müraciət edib.
Bu barədə Hindistanın "The Print" nəşri məlumat yayıb.
Bildirilib ki, danışıqlar hələ erkən mərhələdədir.
“Ermənistanın istifadə etdiyi “Su-30” qırıcıları Hindistanın istismarında olan qırıcılardan fərqlənir. Nə edilə biləcəyini diqqətlə öyrənmək lazımdır. Danışıqlar yeni başlayıb”, - məlumatda qeyd olunub.(report)