Keçmiş baş nazir vəfat etdi

DÜNYA 14 sentyabr 2024, 18:17
Küveytin keçmiş baş naziri Şeyx Cabir əl-Mübarək əs-Sabahın 82 yaşında dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə Küveytin rəsmi KUNA agentliyi məlumat yayıb.

Xəbərdə Sabahın 1942-ci ildə anadan olduğu və 1968-ci ildən müxtəlif vəzifələrdə çalışdığı bildirilib.

Keçmiş baş nazir Sabah Havalli və Əl-Əhmedi qubernatorluğu, eləcə də sosial məsələlər, əmək, media, daxili işlər, müdafiə və baş nazirin müavini kimi bir çox vəzifələrdə çalışıb.

Sabah sonuncu dəfə 2011-ci ilin noyabrında baş nazir təyin edilib və 2019-cu ilə qədər bu vəzifəni davam etdirib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top