Alimlərdən "içkili insan düzünü deyər" stereotipi ilə bağlı AÇIQLAMA

MARAQLI 03 sentyabr 2024, 08:30
Spirtli içkilər bir çoxunun düşündüyünün əksinə, insanları daha dürüst və səmimi etmir.

Bu barədə ABŞ Milli Alkoqol və Alkoqolizm Tədqiqatları İnstitutundan olan alimlər bildiriblər. Onlar tədqiqatlarının nəticələrini "Live Science" portalında dərc ediblər.

Elm adamlarının sözlərinə görə, spirtli içkilərin qəbulu ekstraversiyaya - daha aktiv və sərbəst sosial davranışa səbəb olur. Bu, alkoqolun beyində lənglik yaratması ilə əlaqədardır.

"Alkoqollu insanın düşünmədən, sadəcə öz impulsları ilə hərəkət etmək ehtimalı daha yüksəkdir. Bu, alkoqolun beynin davranışı tənzimləyən və emosional impulsları idarə sahəsi olan prefrontal qabıqdakı siqnalları yatırtması səbəbindən baş verir. Bundan əlavə, alkoqol, həmçinin beyində qorxu və narahatlıq hissi yaratması ilə tanınan strukturu - amiqdalanı da yatırdır. İnsan ayıq olduqda, amiqdala adətən xəbərdarlıq siqnalları göndərir ki, bu da insanı pis vəziyyətdə qoya biləcək bir şey deməsinə və ya etməsinə mane ola bilər", - deyə onlar izah ediblər.

Alimlərin sözlərinə görə, məlum effektlərə baxmayaraq, eksperimentlər zamanı spirtli içkilərin insanları istəmədikləri halda məhz həqiqəti deməyə məcbur etdiyinə dair sübut tapılmayıb. Onlar bildiriblər ki, alkoqol insanları daha danışqan və emosional ifadələrə meyilli edir, bu isə ətrafdakılar tərəfindən səmimi fikirlər axını kimi qəbul edilir.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top