Sergey Markov: "Azərbaycanda parlament seçkisi obyektiv şəraitdə keçirildi"

GÜNDƏM 01 sentyabr 2024, 22:06
"Azərbaycanda parlament seçkisi obyektiv şəraitdə keçirildi".

Bunu "Report"a açıqlamasında Azərbaycanda keçirilən parlament seçkisini müşahidə edən rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

O bildirib ki, hansısa neqativ hal görməyib: "Əlbəttə, seçici fəallığı prezident seçkisində olduğu kimi deyildi. Amma bu, başadüşüləndir. Səbəblər məlumdur".

Politoloq, həmçinin Qarabağda ilk parlament seçkisinin keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib: "Bu, mühüm tarixi hadisədir. Yeri gəlmişkən, deyim ki, mənim işim seçkinin nəticəsi ilə bağlı proqnoz vermək deyil. Amma inanıram ki, yeni parlament etimadı doğruldacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top