ATƏT Müşahidə Missiyasının koordinatoru: Səsvermə prosesini müşahidə üçün əlverişli şərait yaradılıb

GÜNDƏM 01 sentyabr 2024, 10:56
"Bu seçkidə ATƏT-ə üzv 20 ölkədən 55 nümayəndə müşahidəçi qismində təmsil olunur. Azərbaycanda Milli Məclisə bu gün keçirilən seçkilərdə istər təbliğat-təşviqat kampaniyası, istərsə də bugünkü səsvermə prosesini müşahidə üçün əlverişli şərait yaradılıb".

Bu fikirləri ATƏT-in Qısamüddətli Seçki Müşahidə Missiyasının koordinatoru Maykl Krid jurnalistlərə bildirib.

O deyib ki, missiya işini tamamladıqdan sonra yekun nəticələr qurumun internet saytında yerləşdiriləcək:

"İlk növbədə onu deyim ki, Azərbaycan hökumətinin dəvəti ilə burada olmaqdan çox məmnunuq. Onu bildirmək istəyirəm ki, seçkiöncəsi dövrdə bütün siyasi partiyalara təbliğat və təşviqat kampaniyası üçün mükəmməl şərait yaradılmışdı. O cümlədən, həm vətəndaş cəmiyyəti nümayəndələrinin səsvermə prosesini müşahidə etməsi prosesi, həm də dairə və seçki komissiyalarının işi qanunvericiliyə uyğun olaraq təşkil edilib. Bu seçkidə ATƏT-dən 55 nümayəndə müşahidəçi qismində təmsil olunur. Onu qeyd etmək istəyirəm ki, seçki məntəqələrində ətraflı müşahidə apardıqdan sonra yekun hesabatımız rəsmi internet saytımız vasitəsilə ictimaiyyətə açıqlanacaq". (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top