Azərbaycanın axtarışında olan cinayətkarlar Türkiyədə saxlanıldı — ŞOK ƏMƏLİYYAT

KRİMİNAL 31 avqust 2024, 12:18
Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya X sosial şəbəkəsindəki səhifəsində Azərbaycan da daxil olmaqla, İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 25 nəfərin Türkiyədə saxlanıldığını açıqlayıb.

Demokrat.az
xəbər verir ki, nazirin sözlərinə görə, saxlanılan şəxslər mütəşəkkil cinayətkar qrupların fəaliyyətində iştirakda, müxtəlif cinayətlər törətməkdə, narkotik vasitələrin, insanların qanunsuz dövriyyəsində, dələduzluqda, çirkli pulların yuyulmasında, qanunsuz miqrasiyada iştirakda şübhəli bilinirlər.

Nazir bildirib ki, saxlanılan şəxslər Azərbaycan, Almaniya, Avstraliya, Mərakeş, Hollandiya, İraq, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Suriya, Türkmənistan və İordaniyada axtarışdadırlar.(Musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 00:12
Top