Son zamanlar ölkə ərazisində ailədaxili qətllərin sayı artıb. Oğul atasını, ata qızını, qaynata gəlini, oğul qaynananı və bu kimi qətillərin olduğu barədə demək olar ki, hər gün məlumatlar daxil olur. Bəs, buna səbəb nədir?
Mövzu ilə bağlı Demokrat.az-ın suallarına cavab verən sosioloq Mail Yaqub bildirib ki, ümumiyyətlə cəmiyyətdə cinayətlərin müxtəlif səbəbləri olur:
“Qətl ən qatı cinayətlərdən biridir. Son zamanlar mediada tez-tez hallanan ailədaxili qətllərin qabarıq formada təqdimatı, o anlama gəlməməlidir ki, Azərbaycanda son vaxtlar ailədaxili qətllər çoxalıb. Xeyr! Bu yalnış yanaşmadır. Ümumiyyətlə bəzən mətbuatda bəzi cinayətlər qabardılır və bu elə təəssürat yaradır ki, guya həmin növ cinayətlər daha çoxdur. Bu belə deyil. Cəmiyyətdə müxtəlif növ cinayətlər baş verir. Ailədaxili qətllərdə həmin cinayətlərdən biridir. Səbəb nə ola bilər? Namus, qısqanclıq, ailədaxili tərbiyənin aşağı olması və.s kimi qətllər var. Qətllərin bir çoxu ailədəki tərbiyədən daha çox asılıdır. Ailədə övlada düzgün tərbiyə verilmədikdə, övladın əxlaqi, mədəni tərbiyəsi nəzərə alınmır və o böyüyəndən sonra atanın, ananın, bacının, qardaşın dəyərini bilmir, onların hörmətini saxlaya bilmir. Onun üçün valideyn dəyərsiz bir varlıq kimi görünür. Və rahatlıqla qətl törədir. Bunların qarşısını almaq üçün isə mütləq ailələrdə övladların əxlaqi tərbiyəsinə xüsusi diqqət ayırmalıdır. Bunu arxa plana keçirmək olmaz. Bu, ən vacib məsələdir. Biz bəzən düşünürük ki, övladımızın maddi təminatını yüksək səviyyədə etsək, hər şey daha yaxşı olar. Amma bu belə olmur. Bəzən yüksək təminatlı ailələrdə övlad elə problemlər yaradır ki, həmin problem məhz bu boşluqdan yaranır. Çünki valideyn uşağının əxlaqına və tərbiyəsinə zərrə qədər diqqət ayırmayıb. Problemin əsası isə elə məhz buradan qaynaqlanır”.
Mehriban Mirzəzadə
Demokrat.az