“Niderland səsimizi boğmaq üçün qanunları istədiyi kimi dəyişir”

DÜNYA 21 avqust 2024, 19:02
“Müstəqillik və demokratiya uğrunda mübarizə aparan xalqımız məhv olmaq təhlükəsi qarşısındadır”.

Demokrat.az
APA-ya istinadən xəbər verir ki, bunu Dəyişiklik üçün Boneyra Hərəkatının lideri Ceyms Fins jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müstəmləkə şəraitində yaşayan xalqların səsi dünya ictimaiyyətinə çatdırılmalıdır:

“Biz və bizim kimi müstəmləkə şəraitində yaşayan bütün xalqlar müstəmləkəçi dövlətlərin diktəsi ilə idarə olunuruq. Bu dövlətlər bizi daim asılı vəziyyətdə saxlamaq, səsimizi boğmaq üçün qanunları istədikləri kimi dəyişir. Çox güclü xalq olduğumuz üçün Bakıya uzun illərdir üzləşdiyimiz müstəmləkə problemini işıqlandırmaq üçün gəlmişik. Çalışırıq ki, səsimizi geniş dünya ictimaiyyəti eşitsin. Yalnız bu zaman hər kəs bizim nə istədiyimizi və beynəlxalq səviyyədə dəstəyə ehtiyacımız olduğunu anlayacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 08:34
19 sentyabr 2024, 08:24
Top