Bu ölkədə “Telegram” qadağan edildi

SOSİAL MEDİA 19 avqust 2024, 18:28
Niderlandın Amsterdam şəhərinin hakimiyyət orqanları dövlət işçilərinə iş telefonlarında Telegram messencerindən istifadə etməyi qadağan edib. 

Demokrat.az
xəbər verir ki, Hollandiya paytaxtının şəhər şurasının üzvü Aleksandr Şoltes məlumat yayıb. 

Onun sözlərinə görə, məmurlara cinayətkar fəaliyyət, tətbiq və casusluq riski səbəbindən Telegram-dan istifadə qadağan edilib. 

O, BNR radiostansiyasında qadağanın aprel ayında tətbiq edildiyini, lakin indiyədək ictimaiyyətə açıqlanmadığını deyib.

Şoltes həmçinin bildirib ki, messencerdən hakerlər, fırıldaqçılar və narkotik alverçiləri istifadə edir.

Qeyd edək ki, Amsterdam bələdiyyəsi ölkədə məmurlara Telegram-dan istifadəni qadağan edən yeganə bələdiyyədir.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top