“Hababam Sınıfı”nın məşhur aktyoru vəfat etdi

İNCƏSƏNƏT 17 avqust 2024, 15:19
Unudulmaz "Hababam Sınıfı" filmində "Bacaksız" ləqəbli tələbə obrazı ilə tanınan Tuncay Akça İstanbulda ürək tutması nəticəsində dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Məlumata görə, 60 yaşında infarkt keçirərək həyatını itirən Akça bu gün Şakirin məscidində ikindi namazından sonra qılınan cənazə namazı ilə son mənzilə yola salınacaq.

Qeyd edək ki, Tuncay Akça 'Hababam Class'da 'Bacaksız' ləqəbli tələbə rolunu oynayıb.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top