Qəzzada atəşkəs ola bilər — Danışıqlar başlayıb

GÜNDƏM 15 avqust 2024, 20:59
“Qəzza zolağında atəşkəs əldə edilə bilər. İndiyə qədər İsrail hakimiyyəti hansısa şəkildə atəşkəs və ya sülhə doğru addım atmırdı, sona qədər HƏMAS-ı məhv edəcəyini deyirdi, hətta ABŞ-nin və Avropa İttifaqı ölkələrinin etirazlarına baxmayaraq qaçqın düşərgəsinə də daxil olmuşdu. Bütün bu hadisələr fonunda indiki halda Netanyahu Dohadakı görüşə İsrail nümayəndə heyətinin də qatılmasını təsdiqləyibsə, ola bilsin ki, hökumətdə atəşkəsə meyillilik yaranıb, bununla bağlı bir qərar verilə bilər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. Onun sözlərinə görə, yekun sülhdən danışmaq hələ tezdir: 

“ABŞ-dəki prezident seçkiləri də düşünürəm ki, vəziyyətə müəyyən qədər təsir göstərir. Kamala Harrisin prezident seçilmək şansı kifayət qədər artıb, Baydenlə müqayisədə o, Tramp qarşısında çox ciddi bir rəqibdir. Harrisin İsrailin apardığı hərbi əməliyyatları dəstəkləmədiyi də bəllidir. Buna görə də Netanyahu atəşkəsə razı ola biləcəyi ilə bağlı görüntü yaratmağa çalışır. Amma reallıqda hərbi əməliyyatlar dayandırılacaq, ya yox, bunu danışıqlardan sonra görəcəyik”.

Qeyd edək ki, Dohada Misir, Qətər, ABŞ və İsrail nümayəndələrinin iştirakı ilə Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsi ilə bağlı məsləhətləşmələr başlayıb. İsrail Baş nazirinin ofisi məlumat yayıb ki, Baş nazir Benyamin Netanyahu Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqlar üçün ölkədən nümayəndə heyətinin göndərilməsini təsdiqləyib.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2024, 00:27
11 sentyabr 2024, 22:18
Top