"Bığlarını kosmosdan yandıracağıq" — Maskdan CAVAB

DÜNYA 09 avqust 2024, 11:32
Amerikalı sahibkar və iş adamı İlon Mask Venesuela hakimiyyətinin ölkədə "X" sosial şəbəkəsinin fəaliyyətini dayandırmaq qərarına gəlməsindən sonra Venesuela prezidenti Nikolas Maduronun bığını yandırmaq üçün “kosmik lazerdən” istifadə edəcəyini bildirib.

Demokrat.az xəbər verir ki, o, "X" sosial şəbəkəsində fikirlərini bölüşüb.

Onlayn istifadəçilər sahibkardan Maskın Venesuela hakimiyyətinin ölkədə X sosial şəbəkəsini bağlamaq qərarına cavab vermək üçün “kosmik lazerlər” hazırladığını soruşublar.

"Bığlarını kosmosdan yandıracağıq!" - Mask cavab verib.

Qeyd edək ki, Maduro "X"-in fəaliyyətini dayandırmaq barədə sosial şəbəkədə məlumat verib.

O, Milli Telekommunikasiya Komissiyasının (Conatel) təklifini imzalayıb və sosial şəbəkənin Venesueladakı fəaliyyətini 10 gün müddətinə dayandırmaq qərarına gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top