“Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində 33 il bundan əvvəl sonuncu azərbaycanlı öz ata-baba yurdunu tərk etmək məcburiyyətində qaldı. Şübhəsiz ki, bu, Ermənistanın monoetnik dövlət qurmaq siyasətinin, erməni cəmiyyətinin etnik dözümsüzlük göstəcisinin nəticəsi idi. Daha dərindən yanaşsaq, görərik ki, ermənilər Qərbi Azərbaycan torpaqlarına sonradan köçürüdüklərini bildikləri üçün buna şahidlik edən azərbaycanlıları öz torpaqlarından didərgin salmaqla bir növ Cənubi Qafqazda gəlmə xalq olduqlarının izlərini silməyə çalışıblar. Ermənistan cəmiyyətinin azərbaycanlılara qarşı etnik nifrətinin kökündə dayanan səbəblərdən biri də budur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O vurğulayıb ki, 2020-ci ildə əldə etdiyimiz tarixi zəfərdən sonra qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtmaq ümidi yenidən cücərdi:
“Məşəqqətlərə məruz qalan, etnik dözümsüzlüyün qurbanı olan qərbi azərbaycanlılar vətənlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu məsələ bu gün Azərbaycan xalqı qarşısında milli məsələyə çevrilib. Beynəlxalq prinsiplərlə tanınan yaşamaq hüququnu soydaşlarımıza qaytarmaq bu gün hər birimiz üçün mühüm əhəmiyyət kəsb edir. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətləri dünyaya çatdırmaqla onların iç üzünü açmaq hər bir azərbaycanlının borcudur”.
Deputat Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Toivo Klaarın qərbi azərbaycanlıların qayıdışı məsələsi ilə bağlı səsləndirdiyi qərəzli fikirlərə də münasibət bildirib:
“1948-1953-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarı ilə məqsədyönlü şəkildə yurdlarından köçürülmüş qərbi azərbaycanlılarla Qarabağı könüllü şəkildə tərk edən erməniləri heç bir halda müqayisə etmək olmaz. Eləcə də 33 il əvvəl deportasiya edilən azərbaycanlılarla yenə də nə vaxtsa Azərbaycana köçürülən, daha sonra isə könüllü şəkildə buranı tərk edib gedən ermənilər müqqayisə edilə bilməz, nə hüquqi, nə də tarixi etnoqrafik baxımdan bu, doğrudur. Toivo Klaar bu gün hər iki məsələni eyniləşdirərkən tarixi və hüquqi kontekstdə çox böyük səhvə yol verir. Onun Azərbaycan xalqının faciəsini siyasi məqsədlər üçün manipulyasiya etməsi əsla yolverilməzdir”.
Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Toivo Klaar “JAM news” media resursuna müsahibəsi zamanı “Qarabağ ermənilərinin” geri qayıtmasının Azərbaycanın öhdəliyi olduğu, Ermənistandan zorla qovulmuş azərbaycanlıların geri qayıtmasının Azərbaycan-Ermənistan normallaşma prosesinin nəticəsindən asılı olduğu, “Qarabağ ermənilərinin” məsələsinin xüsusi hal olduğu barədə açıqlama verməsi ilə gündəmə gəlmişdi.
Törə Zeynallı
Demokrat.az