Fazil Qasımovun məhkəməsinin vaxtı məlum oldu

HADİSƏ 07 avqust 2024, 15:49
Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq Azərbaycana gətirilən Fazil Qasımovun istintaqı yekunlaşıb.

Demokrat.az xəbər verir ki, istintaq orqanı tərəfindən Fazil Qasımovun işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası avqustun 15-nə təyin edilib.

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top