Otel çökdü — Ölən və yaralananlar var

DÜNYA 07 avqust 2024, 15:31
Almaniyanın qərbində otelin qismən çökməsi nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Trier polisi məlumat yayıb.

Məlumata görə, hadisə səhər saatlarında Trierdən 50 km şimal-şərqdə yerləşən Reynland-Pfalts federal əyalətinin Kroef kəndində baş verib.
 
Polis bildirib ki, binanın mərtəbələrindən birinin dayaqları uçub. Hadisə zamanı oteldə 14 nəfər olub, onlardan 5-i dağıntılar altından çıxa bilib. 

Digər iki nəfər isə ölüb, üç nəfər hələ də dağıntılar altındadır. 

Qeyd edək ki, hadisə yerində 250-yə yaxın polis, yanğınsöndürmə və xilasetmə xidmətlərinin əməkdaşları, həmçinin tibb işçiləri cəlb edilib.
Hadisənin başvermə səbəbi məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.


Mehriban Mirzəzadə                                                            
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top