“Övladına baxa bilməyən valideynlər onları dövlətin himayəsinə verməlidirlər” — Sosioloqdan ÇAĞIRIŞ

SOSİAL 07 avqust 2024, 12:31
Xəbər verdiyimiz kimi, sosial şəbəkə hesabında öz övladını satmaq üçün videopaylaşım edən ana ilə bağlı tədbir görülüb. Azyaşlının dövlətin himayəsinə alınması təmin edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edərək bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırıb. 

Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında baş verən hadisəyə münasibət bildirib. O qeyd edib ki, şəxsin bu əməli törətmək istəməsinin səbəbi araşdırılmalı və ictimaiyyətə məlumat verilməlidir: 

“Düşünürəm ki, sağlamlıq vəziyyəti, psixologiyası qaydasında olan insan belə br elan paylaşmaz. Qanunları, hüquqları, nəyin ciayət olub-olmadığını qavrayan insan belə hərəkətə cəhd etməz. Çünki bilməlidir ki, belə bir hərəkət qarşılığında dərhal məsuliyyətə cəlb olunacaq. 

Yəqin ki, həmin şəxsin psixoloji vəziyyəti qaydasında olmayıb, ona görə bu elanı paylaşıb. Bəzən orqanlarını satmaq istəyən insanlar olur, anonim elan verirlər, amma onlar bunun fərqində olurlar. Öz orqanını könüllü satmaq hətta cinayətdir, o ki qaldı uşaq satmaq. Tez reaksiya verdiyi üçün dövlət orqanlarına təşəkkür düşür. 

O insan bu əməli niyə törədib araşdırılmalıdır və nəticə barədə ictimaiyyətə məlumat verilməlidir. Belə fikirdə olan insanlar da bilsinlər ki, onları hansı cəza gözləyir, cəhd etməsinlər eyni əməli təkrarlamağa. Baxa bilmirsənsə, istəmirsənsə, niyə dünyaya gətirirsən?! 

Baxmaq iqtidarında deyilsənsə, dövlətin himayəsinə ver. Baxa bilməyib satmaq maddi qazanc əldə etmək məqsədi güdür. Övladına baxa bilməyən valideynlər onları dövlətin himayəsinə verməlidirlər. Bununla belə övladından ayrıla bilməyən, amma məcbur olub uşaq evinə yerləşdirən valideynlər üçün dövlət imkan yaradır ki, onlar bir müddət sonra uşaqlarını gedib görə bilsinlər”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2024, 00:27
11 sentyabr 2024, 22:18
Top